Zaniolo İspaniya yolunda
19.07.2025 - 16:36
“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi ilə "Sevilya" yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, Əndəlüs təmsilçisi 26 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Hazırda klublar arasında danışıqlar gedir.
Qeyd edək ki, Zaniolonun “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. İtaliya millisin üzvü karyerası ərzində “İnter”, “Roma”, “Aston Villa”, “Atalanta” və “Fiorentina” klublarında çıxış edib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0