Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su daha bir futbolçusunu satır.
Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, ölkə çempionu Deni Yuriçdən sonra digər hücumçusu Komnen Andriçlə də yollarını ayıracaq.
Komandada əsas heyətə düşməkdə çətinlik çəkən serbiyalı forvard karyerasını Fransada davam etdirəcək. 27 yaşlı oyunçu Liqa1 təmsilçisi “Klermon”a keçir. “Dinamo” ilə müqaviləsinin sonuna bir il qalan Andriç özünü “böyük beşlik”də sınamağa müsbət yanaşır.
Qeyd edək ki, “Dinamo”nun hücumçuları Bruno Petkoviç, Mahir Emreli, Yosip Drmiç, Deni Yuriç, Dario Şkipiç və Mislav Orşiçdir.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı