
"Qalatasaray"ın müqaviləsini ləğv etməyə hazırlaşdığı Hakim Ziyeşin yeni ünvanı maraq doğurur.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanından "elçi"ləri olan mərakeşli ulduzun prioriteti Avropadır. İtaliya komandalarının da radarında olan Ziyeş karyerasında bir ilk yaşaya bilər.
Belə ki, “Komo”, “Venesiya”, “Kalyari” və “Torino” kimi komandalar Ziyeşin vəziyyətini yaxından izləyir.
Mərakeşli ulduz bu komandalardan birinə getsə, karyerasında bir ilk yaşayacaq. "Tvente", "Ayaks", "Çelsi" kimi klublarda çıxış edən Ziyeş karyerasında ilk dəfə İtaliyada çıxış edəcək.
Təcrübəli futbolçu ilə İtaliya komandalarından başqa, "İpsviç" və "Vest Hem"in də maraqlı olduğu iddia edilir.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"