“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş komandasını dəyişmək fikrinə düşüb.
Apasport.az saytının məlumatına görə, mərakeşli futbolçu İtaliyaya köçməyin tərəfdarıdır.
London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən 29 yaşlı hücumameyilli oyunçu karyerasını “Milan”da davam etdirmək arzusundadır. Futbolçu özü bu barədə A seriyasının çempionunu xəbərdar da edib və “Milan” dərhal ingilislərlə danışığa başlayıb.
Ziyeşin “Milan” üçün də prioritet olması bu transferin reallaşmaq ehtimalını artırır. Onun “rossonyerlər”ə icarə əsasında keçidi müzakirə olunur.
Qeyd edək ki, Hakim Ziyeşin “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı