Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
05.02.2026 - 13:02
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Qapalı məkanda atletika üzrə ölkə çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Yarış fevralın 6-7-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Turnirdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən ən güclü atletlər mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 6-da, saat 16:00-da keçiriləcək.