Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov atletikanın kütləviliyinin təmin edilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində aparılan işlərdən danışıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynadığını bildirib. Bakı Atletika Mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı, Gədəbəy və Xızını təmsil edən 130 atlet mübarizə aparır. 2 gün davam edəcək yarışın proqramına üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxildir.
Qeyd edək ki, Dünya Atletikasının qlobal təqvim platformasında yer alan ölkə çempionatı dünya və Avropa çempionatı da daxil olmaqla bir çox nüfuzlu yarışlarda iştirak üçün reytinq xallarının qazanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Atletika üzrə Azərbaycan çempionatında ilk günün nəticələri:
Kişilər
60 metr məsafəyə qaçış
1. Həmid Nəbiyev
2. Aleksey Əliəkbərov
3. Elcan Cəfərov
400 metr məsafəyə qaçış
1. Novruz Əsədli
2. Səid Məmmədov
3. Nurlan Məmmədəliyev
1500 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Ümid İbrahimov
3. Nihat Cabbarlı
Üç təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Cabir Əliyev
Nüvə itələmə
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Ruslan Malikov
Qadınlar
60 metr məsafəyə qaçış
1. Fəridə Rzayeva
2. Səlma Ağabəyova
3. Safiya Kərimova
400 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Gülçin Nağıyeva
3. Mədinə Hüseynzadə
1500 metr məsafəyə qaçış
1. Zəhra Şirəliyeva
2. Milana Xəlilova
3. Yuliya Belkova
Üç təkanla tullanma
1. Yekaterina Sarıyeva