Azərbaycanda ilk dəfə: Aquatlon üzrə ölkə çempionatı
15.06.2025 - 16:26
Azərbaycanda ilk dəfə: Aquatlon üzrə ölkə çempionatı

Şuraabadda yerləşən "Blueplanet Kite Beach Hotel"də Azərbaycanın idman tarixində ilk dəfə olaraq Aquatlon üzrə ölkə çempionatı keçirilib.

Apasport.az xəbər verir ki, yarış Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Alufar şirkətinin baş sponsorluğu ilə baş tutub.

Yarışda respublikanın müxtəlif bölgələrindən və klublarından olan 160 idmançı öz gücünü sınayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionat həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan idman bayramına çevrilib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ölkənin regionlarında triatlon idman növünü tanıtmaq və onun kütləviləşməsinə dəstək verməkdir.