İslam Oyunları: Lamiyə Vəliyeva finalda
20.11.2025 - 13:38
İslam Oyunları: Lamiyə Vəliyeva finalda

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında para-atletika üzrə yarışlar davam edir. 

Apasport.az xəbər verir ki, Lamiyə Vəliyeva 200 m məsafəyə qaçış üzrə yarışda 23.36 saniyə nəticə ilə qrupda ikinci olub. 

Təmsilçimiz bu göstərici ilə final mərhələsinə yüksəlib.