Lamiyə Vəliyevadan ölkə rekordu
10.02.2026 - 14:06
Lamiyə Vəliyevadan ölkə rekordu

Azərbaycan atleti Lamiyə Vəliyeva ölkə rekorduna imza atıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.

İdmançı 42-ci Azərbaycan çempionatında (qapalı məkanda) 200 metr məsafəyə qaçışda 24.60 saniyə ilə buna nail olub.