Ukraynalı atlet 37 illik rekordu qırdı
08.07.2024 - 10:02
Ukraynalı atlet 37 illik rekordu qırdı

Ukraynalı atlet Yaroslava Maquçix qadınlar arasında hündürlüyə tullanma üzrə 37 illik dünya rekordunu qırıb.

Apasport.az xəbər verir ki, 22 yaşlı idmançı "Brilyant Liqa" yarışlarının Paris mərhələsində 2,10 m hündürlüyün öhdəsindən gələrək buna nail olub.

Əvvəlki rekordun sahibi bolqar Stefka Kostadinova idi. O, 1987-ci ildə İtaliyanın paytaxtı Romada keçirilmiş dünya çempionatında 2,09 m göstəriciyə imza atmışdı.

Qeyd edək ki, Tokio Olimpiadasında bürünc medal qazanmış Yaroslava Maquçix dünya və ikiqat Avropa çempionudur.

 

Elmar Rza

0