Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək
27.01.2026 - 12:36
Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Beynəlxalq qış turniri yanvarın 30-da Dünya Atletikası (World Athletics), Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Athletics Club" tərəfindən Bakı Atletika Mərkəzində baş tutacaq.
Yarışda 60 m məsafəyə qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növündə U-18 və böyük yaş qrupu iştirak edəcək.
0
0