Ölkə çempionatına yekun vurulub
15.03.2026 - 15:57
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, son yarış günü daha 3 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
Qasım İsmayılov 79 kq çəki dərəcəsində toplamda 291 kq (126 kq+165 kq) nəticə ilə birinci olub.
Akif Abdullayev 88 kq çəki dərəcəsində toplamda 321 kq (146 kq+175 kq) nəticə ilə qızıl medala layiq görülüb.
Məmməd Əhmədzadə 94 kq çəki dərəcəsində toplamda 296 kq (135 kq + 165 kq) nəticə ilə qələbəni bayram edib.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb
0
0