Dekabrın 5-də Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan yığma komandasının idmançısı İsa Rüstəmov (73 kq) körpücük üzərinə çıxıb.
B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə göstərərək 4-cü olub. Təkanla qaldırma hərəkətində isə 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunu 4-cü yerdə başa vurub.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun sıralama A qrupunda yarışan idmançıların çıxışlarından sonra bəlli olacaq.
- Türkiyəli atlet: "İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"
- İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
- Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
- Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”
- 15 yaşlı ağırlıqqaldıranımız İslamiadada 3 bürünc qazanıb - FOTO - YENİLƏNİB