Təmsilçimizdən uğurlu çıxış
22.04.2026 - 12:29
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
Apasport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.
O, təkanlaqaldırma hərəkətində 180 kq çəkini ram edərək dördüncü olub.
İ.Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb
- Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb
- Azərbaycan atleti Avropa birinciliyində 2 medal qazanıb
- Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
0
0