İdmançımız atçılıq üzrə beynəlxalq yarışda 2 medal qazanıb
05.04.2024 - 14:23
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatında iki qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, idmançı buna cavan atlar arasında keçirilən yarışda nail olub. O, turnirdə 3 atla iştirak edir.
Qeyd edək ki, "Maksima Masters" çempionatı aprelin 7-dək davam edəcək.
- Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
- “Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
- “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib
- “Çimərlik Polosu See Breeze 2026“ turniri keçiriləcək - VİDEO
- Bişkek ŞƏT tədbirlərinə və Çövkən oyunlarına hazırlaşır
0
0