Final matçının ən yaxşısı seçildi
15.07.2024 - 01:36
Final matçının ən yaxşısı seçildi

Avro-2024-ün finalında keçirilən İspaniya - İngiltərə matçının (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya millisinin vingeri Niko Uilyams oyunun ən yaxşısı adına layiq görülüb.

90 dəqiqə meydanda olan 22 yaşlı futbolçu 47-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Qeyd edək ki, İspaniya finalda İngiltərəyə qalib gələrək turnirin qalibi olub.

0