İspaniya millisinin üzvləri cəzalandırılıb
07.08.2024 - 16:17
İspaniya millisinin üzvləri cəzalandırılıb

İspaniya millisinin üzvləri Rodri və Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.

Apasport.az xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.

UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.

Avropa çempionluğunu qazanan İspaniya millisinin üzvləri qələbəni qeyd edərkən azarkeşlərlə birlikdə Cəbəllütariqə qarşı uyğun olmayan mahnı oxuyublar.

Qeyd edək ki, Rodri və Morata Millətlər Liqasının açılış matçını buraxacaqlar. 

0