“Millimizin Bakı Olimpiya Stadionundakı məşqini izlədik. Ardınca otelə yollanıb Cüneyt Çakırın idarə etdiyi Macarıstan – Portuqaliya matçına baxdıq”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir deyib.
Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə də danışıb: “Üç gündür burdayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm”.
Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək