Azərbaycan İdman Akademiyası (ASA) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan "Quacquarelli Symonds (QS)" tərəfindən həyata keçirilən "QS Stars" beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə hesab edilən 5 ulduza ("mükəmməl") layiq görülüb.
Apasport.az xəbər verir ki, bunu ASA-nın mətbuat xidməti açıqlayıb.
ASA audit çərçivəsində 9 kateqoriya üzrə qiymətləndirilib, onlardan 5-də 5 ulduz ("mükəmməl"), digər 4-də isə 4 ulduz ("çox yaxşı") nəticəsi əldə edilib.
Akademiyanın tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik və səmərəli idarəetmə kateqoriyaları üzrə nəticəsi 5 ulduzdur.
ASA dünyada bu nəticəni əldə edə edən ilk idman profilli ali təhsil müəssisəsidir.
Xatırladaq ki, "QS Stars" ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu sistemlərdən biridir. Bu sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən edərək onların dünya miqyasında tanınmasına töhfə verir.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib