"Teymur Rəcəbovun Dünya Kubokuna sahib olduqdan sonra kişi şahmatçılarımızın qazanmadığı rəsmi nəticələrin sayı altıya enib".
APA-nın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
Dünya reytinqinin yeddincisi millidəki komanda yoldaşı Teymur Rəcəbovu Dünya Kubokuna sahib olması münasibəti ilə təbrik edib. O bildirib ki, növbəti 1 ildə təmsilçilərimizin indiyədək qazanmadıqları 6 tituldan ən azı 3-ünü əldə edəcəklər: "Kişi şahmatçılar arasında dünya çempionu, İddiaçılar Turnirinin qalibi, blits üzrə mundialın qızıl medalçısı, komandalararası dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ən güclüsü və şəxsi Avropa birincisi olmamışıq. Bu nəticələri qazansaq, Azərbaycan şahmatının zəif nöqtəsi qalmayacaq. Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Teymur Rəcəbova təşəkkür edirəm. Fikirləşirəm ki, növbəti bir ildə əldə edə bilmədiyimiz titullardan ən azı yarısına sahib olacağıq. Çünki qarşıdakı ildə bu yarışlardan 5-i olacaq. Buna çox inanıram".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun 1/8 finalında Teymur Rəcəbova uduzub.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub