“Azərbaycana yenidən gəlməkdən və həmçinin Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam”.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Formula-1” üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi deyib.
Bu gün start götürəcək və 3 gün davam edəcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi Bakı Şəhər Halqasına son dəfə baxış keçirən FİA rəsmisi trekin yarışa hazırlığını belə qiymətləndirib: “Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı Şəhər Halqası yarış üçün əla vəziyyətdədir”.
Qeyd edək ki, builki yarış koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək