“Seçmə mərhələdə Azərbaycanla qarşılaşdıqdan sonra final mərhələsindəki iki matçın Bakıya salınması bizim üçün çox sevindiricidir”.
Bunu apasport.az saytına Uels Futbol Assosiasiyasının (FAW) Ticarət və Marketinq rəhbəri Yan Deyvis deyib.
Bakıda səfərdə olan FAW nümayəndəsi AVRO-2020-nin qrup mərhələsi çərçivəsində iki oyunu Bakıda keçirmələrinin onlara üstünlük yaradacağını söyləyib: “Bakı bizim üçün ikinci ev kimidir. Həm AFFA bizi yüksək səviyyədə qəbul edir, həm də konsulluq tərəfindən gözəl dəstək görürük. Buradakı otellərin standartları yüksək səviyyədədir. Bu mənada Bakıya gəlməyimizə sevinirik”.
Yan Deyvis qrupda Türkiyə ilə keçiriləcək matçın onlar üçün daha çətin olacağını düşünür. O, bunu “ay-ulduzlular”ın Bakıda böyük fanat ordusunun olması ilə əlaqələndirib: “Türkiyə ilə oyunumuz zamanı rəqib özünü evindəki kimi hiss edəcək. Bu reallığı başa düşürük. Amma Uels komandası olaraq möhtəşəm oyun göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, AVRO-2020-nin A qrupundakı ilk iki oyununu (13 iyun – İsveçrə, 17 iyun – Türkiyə) Bakıda keçirəcək Uels yığması iyunun 21-də Romada İtaliyanın qonağı olacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək