“İtaliya ilə oyun istəmədiyimiz başlanğıc oldu. Öz aramızda keçirdiyimiz toplantılarla problemimizi həll etdiyimizi düşünürəm”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin kapitanı Burak Yılmaz AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə keçiriləcək oyun öncəsi deyib.
35 yaşlı hücumçu qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İtaliya ilə oyundan dərslər çıxarsaq, Uels və İsveçrə ilə görüşlərdə qələbə qazana bilərik. Sabah hər zamankı Türkiyəni izlətdirəcəyimizi düşünürəm. İtaliya ilə matçdan sonrakı ilk iki gündə çox pis durumda idik. Amma baş məşqçinin də sayəsində özümüzə gəldik. Bakıdakı oyunlarda hədəf 6 xal qazanmaqdır”.
Burak Yılmaz Uelslə oyunda azarkeş amilinin böyük rol oynayacağını söyləyib: “Bütün Azərbaycan xalqına təşəkkürümüzü bildiririk. Onlar bizim qardaşlarımız, dostlarımızdır. İlk gündən bizi öz evimizdəki kimi hiss etdirdilər. Bu dəfə öz meydanımızda oynayacağıq. İtaliyada əsl səfər oyununa çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik. Sabah da Uelsə özünü səfərdəki kimi hiss etdirməyə çalışacağıq”.
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib