İsrailin Tel-Əviv şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üç təmsilçisi tatami üzərinə çıxıb. Onlardan biri çıxışını medalla başa vurub.
60 kq
Kəramət Hüseynov braziliyalı Rayan Konseysao, monqolustanlı Sumiyabazar Enxtayvana qalib gəlsə də, yarımfinalda qazaxıstanlı Baurjan Narbayevlə qarşılaşmada xoşagəlməz hadisə ilə üzləşib. O, vaza-ari fəndi ilə irəli olduğu halda zədələnərək həkimin verdiyi qərara əsasən döyüşü dayandırmalı olub. Yığmanın həkiminin qərarına əsasən o, 3-cü yer uğrunda görüşə çıxmayacaq. Kəramətin zədəsinin ciddilik dərəcəsi aparılacaq müayinələrdən sonra bəlli olacaq.
Balabəy Ağayev israilli Matan Kokolayev üzərində qələbə qazanıb. Ardınca monqolustanlı Tsoqt Oçir Byambayav, təsəlliverici görüşdə qazaxıstanlı Maqjan Şamsaddinə uduzan idmançımız 7-ci yerlə kifayətlənib.
66 kq
Ardıcıl 4 qələbə qazanan Yaşar Nəcəfov finaladək irəliləyib. O, ukraynalı Yevgeni Qonçarko, israilli Eylon Barsehet, ispaniyalı Alberto Martin Qattero, yarımfinalda isə monqolustanlı Herlan Qanbolda qalib gəlib. Lakin cüdoçumuz uğurlu seriyanı davam etdirə bilməyib. O, finalda israilli Barux Şmailova uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 11 nəfərlə yarışa yollanan millimizin daha 6 üzvü medallar uğrunda mübarizəyə qoşulacaq. Bunlar Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelym Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauridir (+100 kq). Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq) koronavirusa yoluxduğu üçün İsraildə karantinə alınıblar.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar