Azərbaycanlı atlet Ramil Quliyev koronavirus pandemiyası ilə əlaqədar "evdə qal" çağırışına qoşulub.
Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu yerli mətbuata açıqlamasında insanlardan özlərini qorumalarını xahiş edib.
Quliyev virusdan qorunmağın yollarını da xatırladıb: "Xahiş edirəm, virusa görə bəzi qaydalara əməl edin. Məcbur olmadıqca çölə çıxmayın. Çıxanlar da qoruyucu maska taxsınlar. Bu maskalardan təkcə sizi deyil, ətrafınızdakı insanları da virusa qarşı qorumaq məqsədilə istifadə edilir. Çölə çıxdıqdan sonra evə qayıtdığınız zaman mütləq əllərinizi yuyun. Digər insanlarla təmas qurmayın. Sadə qaydalara əməl etsək, virus yayılmaz".
Qeyd edək ki, koronavirus xəstəliyindən indiyə qədər 14 min 700 nəfər ölüb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək