“Özümüzün ən yaxşı oyunumuzu göstərmədik. Baş məşqçinin tapşırıqlarına daha yaxşı əməl etməli idik”.
APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Dominik Şoboşlay deyib.
O, Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyunu barədə fikirlərini bildirib: “Hesabı açandan sonra da qol vura bilərdik. Sonradan isə tempin yüksək olmasına çalışmırdıq. Hücum potensialımız qaydasında idi. Lakin imkanlardan istifadə etmək istənilən səviyyədə deyildi”.
D.Şoboşlay Azərbaycan millisinin vurduğu, lakin hakimin qeydə almadığı topa da münasibət bildirib: “Həmin vaxt ehtiyat oyunçular skamyasında idim. Oradan epizodu dəqiq görə bilməzdim. Çaşıb qalmışdım. Dua edirdim ki, hər hansı səbəbdən - əllə oyun, ofsayd və ya səhvən qol sayılmasın. Amma heç nə görməmişdim”.
Qeyd edək ki, D.Şoboşlay komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunun 76-cı dəqiqəsində əvəzlənərək meydanı tərk edib.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub