"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib”.
APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, bu rəqəm ötən illə müqayisədə 10 faiz artıb.
N. Arpadarai 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı dünya üzrə 37 mindən çox xəbərin dərc olunduğunu, həmin məlumatların media dəyərinin 131 milyon dollar təşkil etdiyini qeyd edib.
Departament rəhbəri 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi qüvvəsinin çalışdığını da vurğulayıb.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib