“Dəhşətli vəziyyətdəyəm. Heç oynamaq istəmirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Rusiya şahmatçısı Aleksandr Qrişuk deyib.
O, koronavirus pandemiyasının dünyanı bürüdüyü vaxtda keçirilən şahmat üzrə İddiaçılar turnirində oynamaq istəmədiyini açıqlayıb. Qrossmeyster bildirib ki, turnir dayandırılmalıdır: “Yarışın əvvəlində bütün bunlar barədə müfəssəl təəssüratım yox idi. Amma indi qəti əminəm ki, turnir dayandırılmalıdır. Bu ab-hava... Bütün personal, hətta mühafiəzçilər də maskadadır. Bunu izləmək mənim üçün çox ağırdır. Burda olmaq, partiyaları oynamaq istəmirəm. Bütün sadaladıqlarıma baxmayaraq, öz nəticəmdən razıyam”.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən turnirin qalibi dünya çempionu adı uğrunda görüşdə Maqnus Karlsenlə üz-üzə gəlmək hüququ qazanacaq. 6 turdan sonra 3 xala malik Qrişuk 6-cı yerdə qərarlaşıb. Turnirdə iştirak etməli olan Teymur Rəcəbov isə yarış ərəfəsində koronavirus pandemiyası üzündən bura qatılmaqdan imtina edib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək