“Yarış zamanı 8 idmançı ilə qrupdan uzaqlaşdım. Bir müddət irəlidə oldum”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının velosipedçisi Elçin Əsədov deyib.
Şose yarışlarında finişə çata bilməyən idmançımız Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında uğursuzluq barədə fikirlərini bölüşüb: “Sonra ayağımda qıcolmalar yaşandı. Bilmirəm nədən idi, istidən, yoxsa başqa səbəbdən. Məndə belə hal olmamışdı. Bu il yarışa qədər 17 min məsafə məşq etmişəm, təlim-məşq toplanışları, yarışlar keçmişəm. Belə hal yaşanmamalı idi”.
Əsədov yarışdan necə kənarlaşdırılmağından da danışıb: “126-cı kilometrdə qrup mənə çatdı. 140-cı kilometrdə geri qaldım. Sonra da buranın qaydalarına əsasən qrupdan geri qalan 5-6 idmançı olanda yarışı davam etdirməyə icazə verilmir. Komissar da bizi dayandırdı”.
Elçin hazırlıq dönəmində xeyli çəki itirdiyini də gizlətməyib: “Olimpiadaya görə 6-7 kq arıqlamışam. Təəssüf ki, alınmadı. İstəyimə nail ola bilmədim. Üzgünəm. Amma çalışacağam ki, gələcək yarışlarda bayrağımızı yüksəklərdə dalğalandırım. İstiyə qarşı hazırlığım yaxşıdır. Bundan əvvəl Mərakeşdə 45 dərəcə istidə 2-ci olub fəxri kürsüyə qalxmışam. Burada isə alınmadı. Bəzi şeylər var ki, onlara özüm aydınlıq gətirməliyəm”.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək