“Kənardan baxanda Qaret Beylin “Real”dakı durumu yaxşılaşıb. Buna əmin olmasam da, belə göründüyünü söyləyə bilərəm”.
APA-nın məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.
O, yığmanın aparıcı futbolçusu Qaret Beylin durumu barədə danışıb. R.Giqqz bir müddət əvvəl heyətə düşməkdə çətinlik çəkən oyunçunun vəziyyətinin artıq yaxşılaşdığını qeyd edib: “O, bütün futbolçular kimi daha çox oynamaq, meydanda artıq vaxt keçirmək istəyir. Qaret ötən ay keçirilən seçmə oyununda Azərbaycanın qapısına qələbə qolumuzu vurdu. Beyl Uels millisində böyük rol oynayır. O, ən yaxşı futbolçumuzdur. Son vaxtlar Qaret kapitan da olub. Onun bizim üçün böyük futbolçu olması açıq-aydın görünür”.
Qeyd edək ki, AVRO-2020-nin ötən ay keçirilən seçmə oyununda Uels Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib