“Bu günki final gözlədiyimdən də yaxşı keçdi. Finalda rəqibim çinli idmançı idi. Tatami üzərində hər şey əla keçdi”
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Moskvada keçirilən “Karate 1” Premyer Liqanın 68 kq çəkidə qadınlar arasında yarışların qalibi İrina Zaretska bildirib.
“Çox şadam ki, Moskvada keçirilən “Karate 1” Premyer Liqanın qalibi oldum. Ancaq xoşbəxtlik hissi keçirirəm. Bu son deyil, planlar çoxdur. Məşqlərimi davam edirəcəm. Yay olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır. Qarşıda məni hələ çox yarışlar gözləyir. Azı 7 yarışda iştirak etməliyəm. Ona görə də məşqləri davam etdirəmək lazımdır ki, bundan sonra da yaxşı nəticələr göstərim” - deyə Azərbaycanın karate üzrə yığma komandasının üzvü İrina Zaretska bildirib.
O, Olimpiya oyunlarına lisenziya qazanmaq yolunda qarşılaşacağı rəqiblərinin güclü olduğunu söyləyib: “Ona görə üzərimdə çox işləməliyəm ki, ən yaxşı nəticəni göstərim”.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib