“Bu ilin dekabrından gələn ilin avqustuna qədər Rusiyada bir neçə böyük beynəlxalq yarışın keçirilməsi planlaşdırılıb”.
Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç deyib.
Qurum rəhbəri Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi qadağaların şahmatdan yan keçəcəyini bildirib. A.Dvorkoviç qeyd edib ki, bu ölkədə təşkil olunacaq turnirlərin yeri dəyişdirilməyəcək: “Rapid və blits üzrə dünya çempionatları, qadınların şahmat tacı uğrunda matçın yarısı, Ümumdünya Şahmat Olimpiadası və Paralimpiada burada keçiriləcək. Mən rəsmən deyirəm ki, FİDE tərəfindən planlaşdırılan bütün turnirlər Rusiyada təşkil olunacaq. Hüquqi, texniki nöqteyi-nəzərdən yarışların Rusiyadan başqa ölkəyə keçirilməsi üçün əsas yoxdur. Bütün müqavilələr imzalanıb, sponsorlar müəyyənləşib, təşkilatçılığa müəyyən investisiyalar qoyulub. Dopinqlə bağlı problemimiz yoxdur. Buna baxmayaraq, bütün böyük yarışlarda şahmatçılar dopinq test verir. WADA tərəfindən bizə qarşı hər hansı bir irad yoxdur”.
Qeyd edək ki, WADA qarşıdakı 4 ildə Rusiyada dünya çempionatlarının keçirilməsinə, bunun üçün sifariş verilməsinə, həmçinin bu ölkə təmsilçilərinin Olimpiada və mundiallarda milli bayraq altında iştirakına qadağa qoyub.
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq