“Slovakiyanın mərhələ adlamaq şansı qalır və bu baxımdan sabahkı oyun daha çətin keçəcək. Biz də mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq".
Apasport.az saytının məlumatına görə, bunu AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyundan öncə Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.
22 yaşlı müdafiəçi sabah Trnavada baş tutacaq görüşdə əsas məqsədlərinin uğur qazanmaq olduğunu bildirib: "Slovakiya qrupumuzda Xorvatiyadan sonra ikinci ən güclü komandadır. Marek Hamşik kimi futbolçunun millimizin müdafiə xətti haqda xoş sözlər söyləməsi yaxşıdır. Ancaq uğur qazanmaq üçün bütün komanda çalışır. Təbii ki, istəyimiz qol vurmaq və buradan yaxşı nəticə ilə ayrılmaqdır”.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub