Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Tata Stell Chess” turnirində iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, 2021-ci ilin yanvarında Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunacaq turnirin iştirakçılarının tam siyahısı açıqlanıb.
Bu, koronavirus pandemiyasının şahmata təsirinin başladığı vaxtdan sonra klassik şahmat üzrə keçirilən ikinci beynəlxalq turnir olacaq. Yarışda 14 şahmatçı qüvvəsini sınayacaq.
Dünya çempionu və FİDE reytinqinin lideri norveçli Maqnus Karlsen, turnirin builki qalibi reytinqin ikincisi Fabiano Karuana (ABŞ) da turnirə qatılacaq. FİDE reytinqinin “Top-10“unda qərarlaşan şahmatçılardan Yan Nepomnyaşi (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Şəhriyar da mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaq.
Yanvarın 15-31-nə təsadüf edəcək turnirdə Aniş Giri, Yorden van Forest (hər ikisi Niderland), Alireza Furuzya (FİDE), Yan-Kşiştof Duda (Polşa), Danil Dubov, Andrey Yesipenko (hər ikisi Rusiya), David Anton (İspaniya), Nodirbek Abdusattarov (Özbəkistan) və Aryan Tari (Norveç) də iştirak edəcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək