“Tarixi bir gündür. Azərbaycanın və dünyanın tanınmış şirkətləri idmanla daha sıx əməkdaşlıq edirlər”.
Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.
Rəhimov tədbirdəki nitqində bildirib ki, biznes cəmiyyətdə olan ab-havanın göstəricisidir: “Biznes idmana qatılırsa, deməli, idmanda olan proseslər biznes strukturlar üçün maraqlıdır. Tokio-2020 4 illik fəaliyyətin hesabatıdır. Bu, idmançıların, federasiyaların necə hazırlaşdıqlarını ortaya qoyur. Hiss edirik ki, bütün idmansevərlər olimpiadaları necə həyəcanla izləyirlər. Bütün idmançılarımıza qarşıdakı böyük yarışda uğurlar arzulayıram. İnanıram ki, Tokiodan uğurlarla qayıdacağıq”.
Qeyd edək ki, XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda, XV Yay Paralimpiya Oyunları isə 25 avqust - 6 sentyabrda keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək