Elçin Cəfərov: “Qadabadzenin Avropa çempionatına yollanmamasının başqa səbəbi var”
29.03.2008 - 11:08
Bakı. Elşən Məmmədov-APA-Sport. “Şalva Qadabadzenin Avropa çempionatına yollanacaq heyətdən kənarda qalmasının səbəbi tam fərqlidir. Problem onun fiziki formasında deyil, sənədlərindədir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Elçin Cəfərov deyib. Onun bildirdiyinə görə, gürcüstanlı pəhləvan yaxın bir ayda yığmamızın şərəfini qoruya bilməz: “Şalva vaxtilə Gürcüstan milli komandasında çıxış edib. Beynəlxalq Güləş Assosiasiyaları İttifaqının qaydalarına əsasən, bir güləşçi başqa ölkənin adından çıxış etmək üçün minimum iki il ötməlidir. Şalva üçün bu müddət aprelin ortalarında başa çatacaq. Bu isə o deməkdir ki, gürcüstanlı məhz sənəd problemi ucbatından aprelin 1-də start götürəcək qitə birinciliyinə aparılmayacaq. Biz onun xidmətindən mayda keçiriləcək lisenziya xarakterli turnirlərdə yararlana biləcəyik”. E.Cəfərov onu da əlavə edib ki, Avropa çempionu Vitali Rəhimov qarşıdakı yarışa həqiqətən də zədə üzündən qatılmayacaq.
Qeyd edək ki, Finlandiyanın Tampere şəhərində baş tutacaq Avropa çempionatında 6 güləşçimiz mübarizə aparacaq.
Qeyd edək ki, Finlandiyanın Tampere şəhərində baş tutacaq Avropa çempionatında 6 güləşçimiz mübarizə aparacaq.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0