Keniya yığmasının Bakıda keçiriləcək beynəlxalq turnirdə iştirakı bərpa olunub
30.03.2008 - 11:14
Bakı. Aqşin Əliyev-APA-Sport. Bakıda qadınlardan ibarət otüstü hokkey üzrə milli komandalar arasında keçiriləcək lisenziya xarakterli beynəlxalq turnirin iştirakçılarının sayı yenidən 6-ya çatıb. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, az öncə paytaxtımıza gəlməkdən imtina edən Keniya yığmasının yarışda iştirakı bərpa olunub. Onun sözlərinə görə, bununla bağlı Beynəlxalq Otüstü Hokkey Federasiyası rəsmi qərar çıxarıb: “Keniyada gərgin siyasi vəziyyət hökm sürdüyündən bu ölkənin otüstü hokkeyçiləri lisenziya xarakterli turnirə gəlməyəcəklərini bildirmişdilər. Lakin bu günlərdə keniyalıların da yarışda çıxış edəcəkləri barədə Beynəlxalq Otüstü Hokkey Federasiyasından məlumat almışıq. Halbuki, biz yarışa aid afişalarda, eləcə də təqvimlərdə Keniyanın adını qeyd etməmişik”. Beləliklə, aprelin 12-dən 20-dək davam edəcək turnirdə Azərbaycan, İspaniya, Çili, Belarus, Ukrayna və Keniya mübarizə aparacaq. Yarışın qalibi Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0