Avropa Badminton Federasiyasının maliyyə direktoru Bakıya gəlib
30.03.2008 - 16:32
Avropa Badminton Federasiyasının maliyyə direktoru Bakıya gəlib
Bakı. Elşən Məmmədov-APA-Sport. Ümumdünya Badminton Federasiyası (BWF) İdarə Heyətinin üzvü, Avropa Badminton Federasiyasının maliyyə direktoru Horst Kullinq bu gün Bakıya gəlib. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Mirzə Orucov məlumat verib. Onun sözlərinə görə, avstriyalı qonaq sabah ABF-nin prezidenti, Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimovla görüşəcək. Daha sonra qonaq BSU-nun idman zalında badminton yığmamızın məşqlərini izləyəcək. H.Kullinqin gəlişi münasibətilə aprelin 2-də ABF-nin yığıncağı təşkil ediləcək. İclasda 2012-ci il London Yay Olimpiya Oyunlarına qatılmaq üçün badmintonçularımıza güzəştli kartın verilməsinin mümkünlüyü müzakirə olunacaq. H.Kullinq Azərbaycanı ölkəmizi aprelin 2-də tərk edəcək.
0