Eduard Məmmədov “İntercontinental WAKO-Pro” kəmərinin müdafiəsi uğrunda döyüşdə qələbə qazanıb - FOTOSESSİYA
31.03.2008 - 10:36
Açılış mərasimində çıxış edən AKMF prezidenti, millət vəkili Adil Əliyev idmana dövlət səviyyəsində göstərilən qayğıdan danışıb. O bildirib ki, peşəkarlar arasında ilk dəfə Azərbaycan çempionatının keçirilməsi bu idman növünün ölkəmizdə inkişafının göstəricisidir. Hazırda şəhər və rayonlarımızda kikboksinq üzrə 100-dək bölmədə 10000-dək idmançının məşğul olduğunu deyən A.Əliyev beynəlxalq miqyasda da xeyli uğurlar qazandıqlarını vurğulayıb. Bakıda səfərdə olan Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Ennio Falsoni isə bildirib ki, Azərbaycan artıq kikboksinq üzrə ən mötəbər beynəlxalq yarışları təşkil etməyə hazırdır. Sonda o, təmsil olunduğu qurum adından A.Əliyevə plaket verib.
Rəsmi hissənin ardından döyüşlərə start verilib. Əvvəlcə dörd çəki dərəcəsində ölkə çempionatının qalibləri müəyyənləşib. 62,5 kq çəkidə Elnur Dəryagir finalda Bəxtiyar İsgəndərzadəni məğlub edərək, çempion adına sahib çıxıb. 72,5 kq-da Tural Bayramov həlledici görüşdə Ramil Nadirov üzərində texniki qələbə qazanıb. Belə ki, qaşı partlayan R.Nadirov döyüşü yarımçıq dayandırıb. 82,5 kq-da Rail Rəcəbov Zamiq Atakişiyevi, 91 kq-da Sərxan Cabbarov Samir Kazımovu yenib. Qaliblərin hər birinə kəmər, finalçılara isə kuboklar verilib.
Ölkə çempionatının bütün qalibləri müəyyənləşdikdən sonra 91 kq çəkidə Zaur Ələkbərovla Fuad Zeynalov arasında K-1 növü üzrə döyüş keçirilib. Bu görüşdə Z.Ələkbərov qələbə qazanıb. Daha sonra WBKF versiyasında Avropa kəməri uğrunda 86 kq-da Azərbaycan kikboksçusu Bəxtiyar Müslümov Ramazan Maqomedovla (Rusiya) qarşılaşıb. Görüş həmyerlimizin üstünlüyü ilə keçib. Beş raundluq döyüşün nəticəsi olaraq B.Müslümov qalib gəlib.
Ən maraqlı qarşılaşma həvəskarlar arasında 7 qat dünya çempionu Eduard Məmmədovla ispaniyalı Oskar Rueda arasında baş tutub. E.Məmmədov 60 kq çəkidə ötən ilin dekabrında qazandığı “İntercontinental WAKO-Pro” kəmərinin müdafiəsi uğrunda döyüşdə ilk raunddan təşəbbüsü ələ alıb. Bir neçə dəfə rəqibi noqdauna salan həmyerlimiz görüşü qələbə ilə başa vurub. Bununla da E.Məmmədov “İntercontinental WAKO-Pro” kəmərini özündə saxlamağı bacarıb. Sonuncu qarşılaşma WAKO versiyasında Avropa kəməri uğrunda 91 kq-dan yuxarı çəkidə azərbaycanlı Hafiz Baxşəliyevlə Aleksandr Vikulov (Rusiya) arasında baş tutub. Bu görüşdə də həmyerlimiz xal hesabı ilə qələbə qazanıb.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idman ictimaiyyətinin digər tanınmış nümayəndələri və millət vəkilləri də iştirak ediblər. Ən diqqətçəkən məqam isə raundların say lövhələrini milli geyimli qızların nümayiş etdirməsi olub.

- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0