Sabah dama üzrə Azərbaycan çempionatı start götürəcək
31.03.2008 - 11:18
Bakı. Aqşin Əliyev-APA-Sport. Sabah Mərkəzi Şahmat Klubunda 100 xanalı dama üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Azərbaycan Dama Federasiyasının vitse-prezidenti İbrahim İsmayılovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, turnirdə 16 kişi və 12 qadının iştirakı nəzərdə tutulub. Dairəvi sistem üzrə baş tutacaq yarışa aprelin 14-də yekun vurulacaq. İ.İsmayılov bildirib ki, ölkə çempionu titulunu qazanacaq damaçılar avqustda Estoniyada təşkil olunacaq Avropa birinciliyinə qatılmaq hüququna yiyələnəcəklər. Bundan başqa, 1-2-ci yeri tutanlar oktyabrda Pekində keçiriləcək I İntellektual Oyunlar olimpiadasına vəsiqə qazanacaqlar.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0