XXIX Yay Olimpiya Oyunlarının məşəli Pekinə aparılıb
31.03.2008 - 12:29
Bakı. Aqşin Əliyev-APA-Sport. XXIX Yay Olimpiya Oyunlarının məşəli bu gün yarışın keçiriləcəyi Çinin paytaxtı Pekinə gətirilib. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı Tyanyanmen meydanında təntənəli mərasim təşkil olunub. Yunanıstanın paytaxtı Afinadan çarter reysi ilə Pekinə çatdırılan məşəli Çinin dövlət başçısı Xu Tzintao qəbul edib. Daha sonra ölkə rəhbəri məşəli çinli olimpiya çempionu Lu Syana verib. Bununla da, olimpiadanın əsas simvollarından sayılan məşəl dünya turnesinə başlayıb. Növbəti 33 gündə məşəl 5 müxtəlif qitədə yerləşən 22 şəhərə aparılacaq. 985 qram ağırlığında, 72 sm hündürlüyündə, qırmızı-gümüşü rəngdə olan məşəl mayın 4-də yenidən Çinə qaytarılacaq. Çinin 113 şəhərində gəzdiriləcək məşəl nəhayət, avqustun 6-da Pekinə gətiriləcək. Bundan iki gün sonra isə Yay Olimpiya Oyunlarına start veriləcək.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0