Azərbaycanı dünya çempionatında 4 üzgüçü təmsil edəcək
01.04.2008 - 12:15
Bakı. Kənan Həsənov-APA-Sport. Aprelin 9-da İngiltərənin Mançester şəhərində start götürəcək IX dünya çempionatında dörd Azərbaycan üzgüçüsü iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Vaqif Nəsibov məlumat verib. Onun sözlərinə görə, Mançesterdə ölkəmizi Oksana Hətəmxanova (50, 100 m brass üsulu), Natalya Filina (50, 100 m sərbəst üsul), Teymur Quliyev (50 m baterflyay, 50, 100 m sərbəst üsul) və Tural Abbasov (50 m sərbəst üsul, 50, 100 m arxasıüstə) təmsil edəcək.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0