Kikboksinq və Muay-Tay Federasiyası növbədənkənar konfransa hazırlaşır
01.04.2008 - 13:51
Bakı. Elşən Məmmədov-APA-Sport. Aprelin 17-də Kikboksinq və Muay-Tay Federasiyasının (AKMF) növbədənkənar konfransı keçiriləcək. Bu haqda «APA-Sport» agentliyinə AKMF-nin vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, toplantı Bakı İdman Sarayında təşkil olunacaq. İclasda növbəti beş il müddətinə federasiya prezidenti və İdarə Heyəti seçiləcək. Həmçinin AKMF-nin nizamnaməsində dəyişikliklərin edilməsi, muay-tay növünün inkişafı istiqamətində bir sıra qərarların qəbulu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, AKMF-ə 2001-ci ildən millət vəkili Adil Əliyev rəhbərlik edir.
Qeyd edək ki, AKMF-ə 2001-ci ildən millət vəkili Adil Əliyev rəhbərlik edir.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0