Azərbaycanlı hakim Belarus – Rusiya matçını idarə edib
02.04.2008 - 10:55
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanlı futzal hakimi Azər Məmmədov dünya çempionatının pley-off mərhələsi çərçivəsində Belarus və Rusiya yığmaları arasında keçirilən oyunu idarə edib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz Minskdə baş tutan görüşün üçüncü hakimi olub. A.Məmmədov bu qarşılaşmada 6 qolun şahidinə çevrilib. Rusiya ilk 10 dəqiqədə 5 qol vuraraq, inamlı qələbə qazanıb. Meydan sahibləri buraxılan qollardan yalnız birinin əvəzini çıxa bilib. Dünya çempionatının pley-off mərhələsinin cavab matçlarında azərbaycanlı hakimlərin təyinat alıb-almayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, bir neçə il öncə FİFA referisi dərəcəsinə layiq görülən A.Məmmədov milli futbol çempionatında yan xətt hakimi funksiyasını yerinə yetirir.
Qeyd edək ki, bir neçə il öncə FİFA referisi dərəcəsinə layiq görülən A.Məmmədov milli futbol çempionatında yan xətt hakimi funksiyasını yerinə yetirir.
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
0
0