Avropa çempionatı, II gün. Çamsulvara Çamsulvarayev bürünc medal qazandı - YENİLƏNİB
02.04.2008 - 12:55
Avropa çempionatı, II gün. Çamsulvara Çamsulvarayev bürünc medal qazandı - YENİLƏNİB
60 kq çəkidə Azərbaycan güləşçisi Allahverdi Vəliyev 1/16 final mərhələsində Viorel Etkoya (Böyük Britaniya) məğlub olub. Artıq onun Pekin olimpiadasına lisenziya qazanmaq şansı itib. Buna səbəb Böyük Britaniyanın indiyədək 60 kq çəki dərəcəsində heç bir idmançısının Olimpiya Oyunlarına vəsiqə əldə etməməsidir. Viorel Etko növbəti cəhddə məğlub olacağı təqdirdə, A.Vəliyev təsəlliverici görüşlərə qatılmaq şansını itirəcək.

74 kq çəkidə ötən il Bakıda keçirilən dünya çempionatında Pekin Olimpiadasına lisenziyanı təmin etmiş Azərbaycan millisinin legioneri Çamsulvara Çamsulvarayev mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. O, türkiyəli rəqibi Əhməd Gülhanı məğlub edərək, 1/4 finala yüksəlib. Burada güləşçimiz Andrey Şika (Almaniya) ilə qarşılaşıb. Almaniyalı pəhləvanı üstələyən Ç.Çamsulvarayev yarımfinala çıxıb. Onun rəqibi məşhur rusiyalı Mahaç Murtazəliyevdir. Bu mərhələdə uduzan güləşçimiz finala vəsiqə qazana bilməyib. Bununla belə, təsəlliverci qarşılaşmada İbrahim Aldatovu üzstələyən güləşçimiz bürünc medala sahib çıxıb.

96 kq-da mübarizə aparan digər legionerimiz Xetaq Qazyumov 1/16 final mərhələsində Andreas Pierislə (Kipr) qarşılaşıb. Görüş güləşçimizin qələbəsi ilə başa çatıb. Növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Leon Rattiqan üzərində qələbə qazanan X.Qazyumov 1/4 finalda rusiyalı Hacımurad Qatsalovla üz-üzə gəlib. Amma dünya şöhrətli rəqibinə uduzan X.Qazyumov yarımfinala çıxmaq şansını itirib. H.Qatsalov növbəti cəhddə uduzduğundan X.Qazyumov təsəlliverici görüşlərə qatıla bilməyib.























0