Azərbaycan gimnastları Çexiya və Rumıniyada beynəlxalq turnirdə mübarizə aparacaqlar
02.04.2008 - 11:28
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan bədii gimnastları iki beynəlxalq turnirdə iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, aprelin 5-də Çexiyanın Brno şəhərində start götürəcək Qran-Pri turnirində milli komandanın üzvləri Aliyə Qarayeva və Anna Qurbanova mübarizə aparacaqlar. Paralel olaraq Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq beynəlxalq turnirdə isə yeniyetmə Nigar Əbdüsəlimova iştirak edəcək.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0