Azərbaycanın Pekin olimpiadasına qazandığı lisenziyaların sayı 22-yə çatıb
02.04.2008 - 11:29
Qitə birinciliyində bürünc medal qazanan E.Əzizov eyni zamanda olimpiadaya yollanmaq hüququna yiyələnib. Öncə daha 5 pəhləvanımız lisenziyaya sahib çıxmışdı. Azərbaycan dördilliyin ən mötəbər idman yarışında güləşdən başqa ağır atletika (5 lisenziya), bədii gimnastika (3), boks (2), atletika (2), üzgüçülük (2), taekvondo (1) və cüdo (1) növlərində də təmsil olunacaq. Yay Olimpiya Oyunlarına müxtəlif növlər üzrə təsnifat xarakterli turnirlər iyunda başa çatacaq.
Qeyd edək ki, Pekin olimpiadası bu il 8-24 avqust aralığında keçiriləcək.
Qeyd edək ki, Pekin olimpiadası bu il 8-24 avqust aralığında keçiriləcək.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0