Pekin olimpiadasının məşəli bu gün Almatıya gətirilib
02.04.2008 - 17:34
Bakı. Laçın Sultanova - APA. Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarının məşəli bu gün Qazaxıstanın Almatı şəhərinə gətirilib. APA-nın məlumatına görə, məşəli ölkə prezidenti Nursultan Nazarbayev qəbul edib. Bundan öncə isə N.Nazarbayev “Medeo” İdman Kompleksinə toplaşmış minlərlə insanı olimpiada məşəlinin ilk dəfə Qazaxıstana gətirilməsi münasibətilə təbrik edib. Dövlət başçısı Qazaxıstanda məşəl estafetində iştirak edən 80 nəfərdən birincisi olub.
Qeyd edək ki, məşəl növbəti günlərdə 5 qitənin 22 şəhərindən keçərək, 135 min kilometr yol qət edəcək və Yay Olimpiya Oyunlarının təşkil olunacağı Pekinə avqustun 6-da çatdırılacaq.
Qeyd edək ki, məşəl növbəti günlərdə 5 qitənin 22 şəhərindən keçərək, 135 min kilometr yol qət edəcək və Yay Olimpiya Oyunlarının təşkil olunacağı Pekinə avqustun 6-da çatdırılacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0