Teymur Rəcəbovun komandası Rusiya çempionatına qələbə ilə başlayıb
03.04.2008 - 10:06
Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 1-ci turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda Azərbaycan milli komandasının üzvlərinin çıxış etdiyi klublar qarşılaşıb. Teymur Rəcəbovun yer aldığı “Ural” Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubunu 4:2 hesabı ilə məğlub edib. T.Rəcəbov ukraynalı Ruslan Ponomaryovla, Ş.Məmmədyarov isə amerikalı Qata Kamski ilə xalları yarı bölüb. Yığmamızın digər üzvü Vüqar Həşimovun çıxış etdiyi “Şatar-Metropol” isə FİNEK klubuna 3,5:2,5 hesabı ilə qalib gəlib. Rəqibin lideri, rusiyalı Pyotr Svidlerlə oynayan qrossmeysterimiz heç-heçə etməyi bacarıb. 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer Liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0