Çempionlar Liqasının ¼ final mərhələsinin ilk görüşləri başa çatıb
03.04.2008 - 09:12
Elşən Məmmədov-APA-Sport. UEFA Çempionlar Liqasının (ÇL) ¼ final mərhələsinin ilk görüşlərinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, ikinci oyun günündə keçirilən qarşılaşmalar İngiltərənin üç klubunun iştirakı ilə baş tutub. Londonda “Arsenal” və “Liverpul” arasındakı görüşdə qalib müəyyənləşməyib. İngiltərə paytaxtının digər təmsilçisi “Çelsi” isə Türkiyənin İstanbul şəhərinə qonaq olub. Yerli “Fənərbaxça” ilə qarşılaşan baş məşqçi Avraam Qrantın yetirmələri məğlubiyyətə düçar olublar. Oyunda qeydə alınan hər üç topun müəllifi Türkiyə çempionları olub. Lakin Deyvid De Souza həm öz, həm də rəqib qapısına qol vurub.
“Fənərbaxça” (Türkiyə) – “Çelsi” (İngiltərə) – 2:1
Kolin Kazım, 64, Deyvid, 80 – Deyvid, 13-öz qapısına
“Arsenal” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 1:1
Adebayor, 23 – Kuyt, 26
¼ final mərhələsinin cavab görüşləri aprelin 8-9-da keçiriləcək.
“Fənərbaxça” (Türkiyə) – “Çelsi” (İngiltərə) – 2:1
Kolin Kazım, 64, Deyvid, 80 – Deyvid, 13-öz qapısına
“Arsenal” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 1:1
Adebayor, 23 – Kuyt, 26
¼ final mərhələsinin cavab görüşləri aprelin 8-9-da keçiriləcək.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0